Qazax Regional İnkişaf Resursları İctimai Birliyi Ağstafada icma fəallarına təlim keçirib

Qazax Regional İnkişaf Resursları İctimai Birliyi , Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qazax, Ağstafa və Tovuz rayonlarının kənd icmalarının problemlərinin həllinə dəstək üçün yerli hakimiyyət, vətəndaş cəmiyyəti və medianın səfərbər olunması” layihəsi çərçivəsində 27-28 oktyabr 2022-ci il tarixində Ağstafa rayonunda icma fəallarına təlim keçirib.
Gender.Az xəbər verir ki, 27 oktyabrda Tatlı kəndində, 28 Zəlimxan oktyabrda keçirilən təlimlərin hər birində 15 nəfər icma fəalı və Ağstafa rayon icra hakimiyyəti əməkda iştirak edib.
Tədbirləri giriş sözü ilə açan Qazax Regional İnkişaf Resursları İctimai Birliyinin sədri Məhərrəm Göyüşoğlu Layihə və QHT-lərə Dövlət Dəstəyi Agentliyi barədə ətraflı məlumat verərək icma təşkilatlanmasının vacibliyini vurğuladı. Daha sonra təlimçi Fuad Bədəlov və ekspert Rafiq Muradov iştirakçılara icmaların yaranması, srtukturu, fəaliyyət sahələri. icmaların problem ətrafında təşkilatlanması və yerli problemlərin həlli üçün icma, yerli hakimiyyət, bələdiyyə və vətəndaş cəmiyyəti təşkilatlarının uğurlu işbirliyi nümunələrindən danışıb, ətraflı məlumat veriblər. İcma fəalları indiyə qədər icmanın öz gücü ilə Tatlı və Zəlimxan kəndlərində görülmüş işlərdən danışdılar. Təlimlərin sonunda icma üzvləri icmanın əsas problemlərini müəyyənləşdirib və həlli yolları barədə qrup işi həyata keçiriblər.
Mövzuya dair fotomateriallar:










Tarix: 02 noyabr 2022
Baxış: 70338
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş