Gürcüstan-Türkiyə sərhədində bədənində 1100 arı daşıyan şəxs saxlanılıb
Sarpi keçid məntəqəsində (Gürcüstan-Türkiyə sərhədi) bədənində 1100 arı daşıyan şəxs saxlanılıb.
Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Həmin şəxs rentgen skanerindən və metal detektorundan keçən zaman türkiyəli sərhədçilər şübhələniblər. Məlum olub ki, onun bədənində arıların olduğu kiçik qutular var. Kiçik qutular kəmərinin üzərinə birləşdirilmişdi.
Həmin şəxs sərhədi keçərkən Türkiyə gömrüyü tərəfindən saxlanılıb. O, Gürcüstandan Türkiyəyə gedirmiş.
Həmçinin avtomobildə yanacaq çənində konteynerdə gizlədilən 100 kiloqramdan çox şabalıd balı aşkar edilib. \\Report
Tarix: 28 oktyabr 2022
Baxış: 607
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş