Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
“Qiymətə və insanların sayına müdaxilə etmək yaxşı hal deyil” — Deputat

“Hardasa, il yarım bundan öncə cənab Prezident bir neçə çıxışında qeyd  etdi ki, bu qədər müəssisələr açılır və bu müəssisələr tam gücü ilə işləmir. Tapşırıq verdi ki, bununla bağlı qurumlar məşğul olsunlar və səbəbini araşdırsınlar. Amma, mən biraz fərqli məqamları qeyd etmək istəyirəm. Bəli, dövlət tərəfindən buna nəzarət yetirilir. Gəlin, düzünü deyək dövlət şərait yaradır, dövlət məhdudiyyətləri yığışdırır və qoymur ki, problemlər yaransın, inkişaf getsin, yeni müəssisələr yaransın. Ancaq bu bazar iqtisadiyyatıdır. Bazar iqtisiadiyyatında isə heç bir biznesmeni, heç bir sahibkarı məcbur edə bilməzsən ki, sən hökmən işə 100-200 adam götür. Dünya təcrübəsi də bunu göstərir. Sovet dönəmində elə müəssiələr  var idi ki, orada 50-60 min insan işləyirdi. İndi nəhəng müəssiələr belə artıq qalmayıb. Nəyə görə? Çünki texnologiya qabağa gedib və hər şey xüsusi texnika ilə, proqramlarla işləyir. İkincisi də, ehtiyac da, yoxdur ki, nəhəng müəssisələr çox adam götürsün. Ona görə də, bu gün orta hesabla götürsək, Qərbin ən inkişaf etmiş ölkələrində də hər bir müəssisədə 200-300 ortalama adam işləyir”.

Gender.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

 Deputat fikirlərini belə davam etdirib:

“Bəli, bəzi ölkələrin müəssisələrində 2500-3000 adam işləyir, ancaq bu artıq çox böyük istehsalat sayılır. Digər tərəfdən isə siz düşünürsünüz ki, bu gün ölkəmizdə bir çox müəssisələr açılır və az insanların işə götürülməsi, hansısa bir məqsədyönlü formada olunur. Mən bir o qədər elə düşünmürəm. Amma, əgər bu müəssisələrdə dövlətin payı varsa, yaxud da tam dövlətin nəzarətindədirsə, burada təbiidir ki, sual işarəsi yaranacaq. Ümumiyyətlə, mən həmişə təklif edirdim ki, dövlət sahibkarlığı ilə özü məşğul olmamalıdır. Dövlət müəyyən müəssiələri, seqmentləri icarəyə, idarəetmyəə verməlidir. Burada bir ədalət var. Qeyd edim ki, İsveçrə, İspaniya, Fransa, İtaliya, Almaniyanın özü bu yolla gedir. Yəni, hansısa bir müəssisənin, hansısa nazirliyin bir hissəsi adətən, ən azı 25 illik idarəetməyə verilir. Bu da tender yoluyla seçilir. Bu layihədə iştirak etmək istəyənlər tenderi udurlar və onlarla xüsusi müqavilə bağlanır. Neçə işçi olacaq, hansı maaşlar veriləcək, hansı keyfiyyətli xidmət və yaxud məhsul istehsal olunacaq, büdcəyə nə qədər vəsait keçiriləcək və s. bütün bunlar hamısı əvvəldan danışlılır. Ona görə də, birmənalı bazar iqtisadiyyatında tələb etmək ki, insan sayını, qüvvəsi artsın, bu təkamül yolu ilə gedən iqtisadiyyatda mümkün deyil”.

Millət vəkili əlavə edib ki, sahibkarların işinə nə qədər az məmurlar müdaxilə edəcək, bir o qədər də bazar iqtisadiyyatı üçün daha yaxşı mühit yaranacaq. 

“Müəyyən qədər bu sahəyə nəzarət olmalıdır, yəni qida məhsullarıdır, kənd təsərrüfatıdır, bunların keyfiyyəti ilə bağlı. Qiymətə və insanların sayına müdaxilə etmək yaxşı hal deyil. Yaxud da, dediyim kimi, o müəssisələr var ki, dövlətin nəzdindədir və onlar kifayət qədər effektiv işləmir, onları dediyim kimi, 25-40 illik idarəetməyə vermək olar”. 

Aynurə
Tarix: 17 oktyabr 2022
Baxış: 437

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş