Əpldən istifadəçilərə çağırış: Təcili yeniləyin
Əpl Ayfon sahiblərinə əməliyyat sisteminin yeni versiyası olan "iOS 18.6"nı mümkün qədər tez quraşdırmağı tövsiyə edib.
Gender.Az Teleqraf-a istinadən xəbər verir ki, Əplin təhlükəsizlik üzrə mütəxəssisi bu yenilənmənin sistemdəki səhvləri və zəiflikləri aradan qaldıracağını qeyd edib.
"Bu yeniləmənin kiçik olduğunu və əsasən təhlükəsizliyin təkmilləşdirilməsinə yönəldiyini nəzərə alaraq, istifadəçilərə mümkün qədər tez yeniləməyi tövsiyə edirik" , - mütəxəssis deyib.
Qeyd edək ki, "iOS 18.6"da yeni funksiyalar və ya interfeys dəyişiklikləri yoxdur. Bu, versiyanın həyat dövrünün başa çatması ilə bağlıdır - növbəti əməliyyat sistemi "iOS 26"nın buraxılışı sentyabrda gözlənilir.
Tarix: 30 iyul 2025
Baxış: 21
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş