Türkiyəli professor Fevzi Sefa Dereköy bildirib ki, bir çox xəstəliklərin şiddətlənməsinə yol açan siqaret həm də sinir sisteminin çökməsinə səbəb olur.
Professor siqaretin ilk dəfə miqrenə qarşı vasitə olaraq istifadə edildiyini bildirib. Onun sözlərinə görə, nikotinin mənfi təsirləri sonrada ortaya çıxmağa başlayıb:
“Tütünün ağciyər xərçənginə səbəb olduğu yalnız 1950-ci illərdə elmi araşdırmalarla ortaya çıxdı. Siqaret tüstüsü qaz, qətran qarışığından və təxminən 1000 komponentdən ibarətdir. Bu qarışığın tərkibinə baxsaq, əsasən kanserogenlərdən, qıcıqlandırıcılardan, nikotindən və zəhərli qazlardan ibarət olduğu görə bilərik.
Qıcıqlandırıcı maddələr nəfəs yollarından (bronxlarda) ağciyərlərə daxil olan ifrazatları artırır, eyni zamanda aldığımız havanın və bu sekresiyaları təmizləyən tüklərin və immun hüceyrələrin fəaliyyətini pozur. Nikotin sinir sisteminə təsir göstərir; ürək döyümtülərini sürətləndirir, qan təzyiqini artırsa da, damarları sıxır və qandakı yağları artırır. Xüsusilə passiv siqaret çəkən, kənar tüstülərin təsirinə məruz qalan uşaqlarda bronxial xəstəliklər, badamcıq iltihabı, orta qulaq iltihabı və böyümüş boğaz əti daha çox müşahidə olunur. /publika