Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Vitaminlərin tarixi, tarixdə yeri və insan orqanizmində rolu

Vitaminlər,insan orqanizmi tərəfindən sintez edilməyən,müalicə üçün çox az miqdarı belə yetərli olan,həyati orqanik maddələrdir.”D” vitamini çatışmazlığı ilə inkişaf edən raxitizm,həkim Daniel Whistler (1619-1684) və 1650 ci ildə Francis Glisson (1597-1677) (əsəri “De rachiyite” Raxitlik üzrə) tərəfindən təsdiq edilmişdir.


Graham Lusk (1866-1932), 1906 cı ildə “The Elements of the Science of Nutrition ” (Qidalanma elminin elementləri ) başlıqlı bir əsər ortaya qoymuş və bu 1976 cı ildə 4 cü nəşrini edən klassik bir əsərə çevrilmişdir.Fredrick Gowland Hopkins (1861-1947) 1906 cı ildə,kimyaçılara bitki və heyvan toxumalarında bilinməyən xüsusiyyətlərin yeni maddələrinin araşdırılmasını təklif etmişdir.Hopkins bu cür maddələri “Qidalanmanın tamamlayıcı amilləri” deyə adlandırmışdır.


Məsələn  illər öncə “Dutch East İndies Company ” də (Hollandiya şərqində Hind adaları kompaniyası) fizik Christian Eijkman (1858-1930) və Gerrit Grijns (1865-1944) 1912 ci ildə,Hopkins tərəfindən şəxsən təsbit edilən hərəkət ilə və ABŞ -da Elmer Verner Mc Collum (1879-1967) və Marguerite Davis (1887-1967) tərəfindən “yağda əriyən A ” deyə adlandırılan vitamindən fərqli olaraq, “suda əriyən B” vitaminidə əldə etmişdilər.Altı il sonra (1918) İngilis həkim Sir Edward Mellanby (1884-1955,qapalı və günəş düşməyən bir yerdə,morina balığının qaraciyər yağı ilə bəslədiyi itlərdə Raxitlik meydana gəldikdən sonra, müalicə üçün morina balığının qara ciyərindən əldə edilən balıq yağında “D” deyə hazırlanan,yağda əriyən başqa bir vasitə tanınmış və əsas irəliləmələr,ondan 40 il sonra gerçəkləşərək günümüzdə də tanınan bütün vitaminlərin ayrılması, tanınması və sintezi əldə edilmişdir.


Beynəlxalq orqanik biokimyəvi ixtiranın partlaması,1914 və 1918 illər arasında gerçəkdən fasiləsiz bir şəkildə inkişaf etmişdir.Vitamin “D” nin kimyəvi quruluşu,kimyaçı Adolf Otto Reinhold Windaus (1876-1959) tərəfindən aydınlıq gətirilmiş və bu elmi işi ona 1928 ci ildə Nobel kimya mükafatı qazandırmışdır.Digər vitaminlərdən fərqli olaraq “D” vitamini yetərincə UV (ultra violet ) şüaları alan insanlar tərəfindən sintez oluna bilir və bu kontekstdə kənardan alınması lazim olan, həyati bir qida maddəsi deyildir.Buna zidd olaraq hər nə qədər 1920 ci ildə qida araşdırmaçısı Jack Cecil Drummond -un (1891 – 1952) qrupu,vitamin A ilə karoten arasındakı əlaqəni sərgiləmişsədə,sonunda “Dunn Nutrition Unit” də Thomas Moore’un (1900-1999),karotenin gerçəkdə vitamin A nın qabaqcılı olduğunu isbatlaya bilməsinədək 37 il sərf olunmuşdur.1920-1940 arası dövrdə E,C,K,PP, və P kimi vitaminlər tapılmışdır.


Vitamin araşdırmaları, bir çox sektorun və qrup çalışmasının fəaliyyətləri səbəbiylə yüz illiyin ilk yarısında inkişaf etmişdir.Vitamin B üç həftə ara ilə İngiltərədə Glaxo’dakı ve Amerikada Merck’dəki qruplar tərəfindən bir birindən müstəqil şəkildə kristallaşdırılmışdır.B vitamininin B1,B2,B5,B6 və B12 kimi, çeşidli növləri var.Fredrick Gowland Hopkins- in Vitamin A-nı kəşf etdiyi il (1912) ,Sir William Dunn-un (1833-1912) ölməsi ilə əlaqədar yerinə təyin olunan Sir Jeremiah Colman-ın (1859-1942) əlaqələri vasitəsilə,1927 ci ildə Cambridge-də “Dunn Nutritional Laboratory” quruldu.Qidalanmanın əsasları və biyokimya mövzusunda araşdırmalar aparmaq üzərə idarəçi olaraq kimyaçı Dr. Leslie Julius Harris (1898-1972) gətirildi.Dr.Harris 1941 ci ildə qurulan “Nutrition Society” nin meydana gəlməsində açar rolunu oynadı.
 
Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov
 
Mənbə: Qidaelmi.az

Tarix: 27 iyul 2022
Baxış: 621

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş