Xəbər lenti
Reklam
Avtosığorta qaydalarında YENİLİK


İyun ayının 21-dən etibarən avtomobillər üçün sığorta haqqının hesablanması qaydaları dəyişir. Yeni tətbiq olunacaq qaydalara görə sığorta haqqı hesablanarkən, sığorta tarixçəsi əmsalı tətbiq olunacaq. Təkcə avtomobil sahibinin deyil, həm də etibarnaməsi olan digər şəxslərin sığorta tarixçəsi də nəzərə alınacaq.

Gender.az xəbər verir ki, Mərkəzi Bankın müvafiq dəyişikliyinə əsasən, sığorta müqaviləsi bağlanan zaman nəqliyyat vasitəsini qanunvericiliyə uyğun olaraq idarə etmək hüququ olan şəxslərin sayı birdən artıq olduqda, həmin şəxslər arasında ən yüksək riskə malik şəxsin sığorta tarixçəsi əmsalı tətbiq olunacaq.



Tarix: 09 iyun 2026
Baxış: 28

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş