Xəbər lenti
Reklam
Mübahisəli ağacla bağlı qəribə qərar verildi

İngiltərədə 25 illik ağacla bağlı qəribə hadisə baş verib.
Qonşular arasında yaranan mübahisə nəticəsində ağac şaquli şəkildə ortadan iki hissəyə bölünüb. Məlumata görə, hadisə Şeffield şəhərində qeydə alınıb. Təxminən 25 ildir böyüyən köknar ağacı mülkiyyət sərhədləri ilə bağlı mübahisəyə səbəb olub. Bildirilir ki, qonşulardan biri ağacdakı quşların səs-küyündən və ətrafı çirkləndirməsindən narazı olub. Bu səbəbdən ağacın budaqlarının kəsilməsini tələb edib. Mübahisə getdikcə böyüyüb və tərəflər arasında gərginlik yaranıb. Nəticədə peşəkar işçilər çağırılaraq ağac qeyri-adi şəkildə kəsilib.
Məlumata görə, ağacın bir hissəsi qonşunun torpaq sahəsinə daxil olduğu üçün bu addım atılıb. \\Metbuat.Az

Tarix: 09 iyun 2026
Baxış: 30

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş