Qarpız da bütün meyvələr kimi öz mövsümündə yeyilməlidir ki,kimyəvi və ya bioloji zəhərlənmə halları baş verməsin. Qarpız alarkən bəzi ip ucları var ki, bu ip ucları sizin ən təhlükəsiz qarpızı almagınıza yardımçı olacaq.
1.Sarı qabıq yüksək nitrat konsentrasiyasının əlamətidir.Qarpızı kəsərkən qabığının rənginə diqqət yetirin.Qarpızı kəsərkən qabığı sarı, ətli hissəsində isə ağ rəng olmamalıdır. Bu növ qarpızdan istifadə edərkən zəhərlənmə ilə qarşılaşa bilərsiniz.
2. Qarpızın üstündə dəliklərin olmağına da diqqət etmək lazımdir.Bəzən qarpızdakı dəliklərin həşərat izləri olduğunu düşünür. Təssüf ki bu qarpıza edilən iynə müdaxiləsidir və bu cür qarpızlardan uzaq durmağa çalışın. Çünki bu cür qarpızların ətli qismi yaxşı görünsədə ,yeyildiyində zəhərlənmə verə bilər.
3.Böyük və içi boş olan qarpızı yeməyin . İçi boş olan qarpız biraz acı tam verir və buda zəhərlənmələrə yol aça bilər. Bu tip qarpızlardan uzaq durun.
4. Qarpızın ətli hissəsindən bir parça kəsib suya qoyun.Bununla siz qarpızda nitrat konsentrasiyasını yoxlaya bilərsiniz. Su parlaq və çəhrayı rəngə çevrilirsə, bu, qarpızın təhlükəli olduğunu göstərir.
5. Qarpızı alarkən onun çəkisinədə diqqət edin.Əgər həddindən artıq yüngül çəkidə olan qarpız olarsa ,o qarpızı almayın.Çünki sağlam qarpızın çəkisidə ağır olmalıdır.
Yaxşı bəs ən yaxşı qarpızı necə seçmək lazımdır?
- Yetişmiş və şirin qarpız parlaq və hamar olmalıdır.Seçərkən də əzilməmiş və zədələnməmiş qarpızı seçmək lazımdir.
- Qabıqda əmələ gələn bej izləri olan qarpızı alın. Bu bej rəngdə görünən izlər arıların daddığı yerdir. Bu, qarpızın çox şirin olduğundan xəbər verir.
- Yaşıl saplaqlı qarpızlar yetişməyib. Quru saplaqlı olan qarpızları seçin.
- Kəsilmiş qarpızı almayın.
Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov
Mənbə: Qidaelmi.az