Xəbər lenti
Reklam
Bu dərəcədən yuxarı isti yemək və içki xərçəng yaradır – Həddi aşmayın
 
ABŞ onkoloqları insanların çoxunun isti, qaynar çay, qəhvə, içki və yemək qəbulu kimi vərdişinin xərçəng xəstəliyi riskini artırdığını araşdıraraq bəyan edib.60 dərəcədən yuxarı isti, qaynaq içki və yemək qida borusu, mədə, ağız boşluğunun selikli qişasının tamlığını pozur və xərçəngə səbəb olur.
Siyahıya bişirilmiş qəhvə də daxil edilib. Tədqiqatlar göstərib ki, qəhvə dənələrinin qovrulması zamanı kanserogen maddələr yaranır ki, bu da orqanizmdə toplanır.
Qırmızı əti qızardıb, isti-isti yemək də, onkoloji xəstəlik riskini 35% artırır.
Yuxusuz qalanlar, gecə yuxusu almayanlarda melanin sintezi pozulur, bu da gənc yaşda xərçəng yaradır.
Ona görə də, çay, qəhvə və yeməklərin qaynar, ağız yandıran olmamasına, 60 dərəcəni aşmamasına fikir verin.\\Medicina.az
Tarix: 14 avqust 2019
Baxış: 543

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş