Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Az su içmək ziyanlıdır, çox su içmək ÖLÜMCÜLDÜR
Kifayət miqdarda su içmək insan sağlamlığının əsas şərtlərindən biridir.
Mütəxəssislər suyun kifayət qədər içməyinin vacibliyini daim vurğulayırlar. Lakin bəzən insanlar fikirləşir ki, suyu nə qədər çox içsən, bir o qədər faydalıdır. Bu çox təhlükəli yanılmadır. Suyun həddindən artıq istehlakı da təhlkəli ola bilər və orqanizmə ciddi ziyan vura bilər.
Business Insider nəşrində dərc olunmuş məqalədər qeyd olunur ki, insan gün ərzində 3 l qədər su içə bilər. Təbii ki, bu insanın bədən çəkisindən, havadan, fiziki gərginliyin intensivliyindən və s. bir çox amillərdən asılıdır.
Böyrəklərimiz müəyyən rejimdə işləyir və qısa müddət ərzində çoxlu su içmək onlar üçün ziyanlıdır. Belə ki, mütəxəssislər vurğulayır ki, insan 1 saat ərzində 800 ml - 1 l-dan çox su içərsə, bu böyrəklərə ciddi ziyan vura bilər.
Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, suyun həddindən artıq istehlakı həmçinin ürək-damar sisteminə ziyan vurur, ürəyin fəaliyyətinə mənfi təsir edir, təzyiqin düşməsi, baş ağrıları, yuxululuq, beyinin fəaliyyətinin pozulması kimi fəsadlara yol aça bilər. Bunlar "su intoksikasiyanın" simptomlarıdır.
Suyun həddindən artıq istehlakı orqanizmdə bütün hüceyrə və toxumaların ödemləşməsinə (şişməsinə) səbəb olur. Nəticədə beyinin strukturları ciddi zədələnə bilər və insan bu pozulmanın fonunda həlak ola bilər.
 
Tarix: 12 iyul 2019
Baxış: 48431

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş