Ağciyərləri tərtəmiz edən təbii sirop – ÖZÜN HAZIRLA
Hazırda ağciyərləri, bronxları təmiz insan tapmaq çətindir. Ağciyərlər təmiz olmadıqda, orqanlara təmiz oksigen az və gec çatır, insan öskürür, halsız olur. Cəmi 3 ərzaqdan hazırlanan, ağciyərləri təmizləyən, öskürəyi kəsən, eləcə də immuniteti qaldıran, damarları təmizləyən təbii siropun reseptini təqdim edirik.
Lazımdır:
Kök – 500 qr
Bal – 4 xörək qaşığı
Su – 3 st
Kökü təmizləyib, orta kub formasında doğrayıb, qazanda üzərində 3 stəkan su alaraq, orta odda bişirin. Elə isti-isti əzib, qatı püre halına salın. Bura təmiz bal əlavə edib, qarışdırın. Şüşə bankaya yığıb, sərin yerdə saxlaya bilərsiz.
Hər gün 2 dəfə hər dəfə 2-3 xörək qaşığı qəbul edin. \\Medicina.az
Tarix: 09 iyul 2019
Baxış: 41412
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş