Hər həftə kişmiş suyu içməklə bu faydaları alacaqsız - ÜRƏK, QARACİYƏR, KÖP, HƏZM
Orqanizmin başlıca orqanı olan qaraciyər həzm, qan dövranı, maddələr mübadiləsini tənzimləyir. Onu toksinlərdən, zərərli maddələrdən təmizlənmək və qüvvətləndirmək isə çətin olmasa da mümkündür. Həftədə 2-3 dəfə mütəmadi olaraq kişmiş suyu və ya dəmləməsi içməklə, qaraciyəriniz tənzimlənir, insan özünü yüngül, rahat, enerjili hiss edir.
Kişmiş suyu qarında köp, həzm pozuntusu, şişkinliyi aradan qaldırır, pis xolesterini təmizləyir, antioksidant təsir edir.
Bu dəmləmə biokimyəvi prosesləri stimullaşdırır, qanı təmizləyir, immuniteti gücləndirir.
Ürək-damar xəstəlikləri üçün də əvəz olunmazdır. Siz də sabahdan kişmiş suyu için. Narahat olmayın, suyu içib, kişmişləri də yeyə bilərsiz.
400 ml təmiz suyu qazana tökün, su qaynara düşən kimi ora yuyumuş kişmiş əlavə edin və 15 dəqiqə zəif odda saxlayın. Arada qarışdırın. Bu dəmləməni gecədən səhərə kimi saxlayın. Səhər süzüb. bir qədər isidib, gün ərzində 50 ml olmaqla bir neçə dəfə içib bitirin. Yaxşı olar ki, qara və tünd rəngli kişmişdən istifadə edilsin. \\Medicina.az