Beyin şişinin 3 əlaməti hansıdır?
Beyin şişləri adətən 50-70 yaş arası insanlarda daha çox rast gəlinir.
Əsas simptomları mütəmadi baş ağrısı, başgicəllənmə, ürəkbulanma, nitqin pozulması, əl-ayaqda zəifləmə, görmənin pisləşməsidir.
Bunu neyrocərrah Ali Bekyaşev bildirib.
Bu əlamətlər digər sinir və baş xəstəliklərindən də də ola bilər. Beyin şişləri ümumilikdə onkoloji xəstəliklərin cəmi 2%-ni təşkil edir.
Əgər 2-3 həftədən artıq davamlı baş hərlənmə, dönmə, ürəkbulanma, qusma və əl-ayaqda halsızlıq varsa, nevroloq və neyrocərraha görünüb, baş beyin MRT etməkdə fayda vardır. \\Gent.az
Tarix: 22 yanvar 2022
Baxış: 230
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş