Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Koronavirus xəstəsinə vaxtı keçmiş dərman göndərilib?

Koronavirusa yoluxmuş Binəqədi sakini Aynur Orucova ona yaşadığı ərazi üzrə poliklinikadan müalicə məqsədilə istifadə müddəti bitən "Selen-aktiv” vitamin kompleksinin göndərildiyini iddia edib. 
O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
A.Orucovanın sözlərinə görə, sözügedən vasitənin istifadə müddəti 2021-ci ilin oktyabrın 12-də bitib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etdik. Nazirlikdən məsələnin araşdırıldığı və iddianın təsdiqini tapmadığı bildirildi:
"Sözügedən məsələ araşdırıldı. Həmin koronavirusa yoluxmuş xəstəyə dərman göndərilən 26 saylı Şəhər Poliklinikasından bildirilib ki, vitamin kompleksində vaxtı keçmiş dərman yoxdur”. 
Qeyd edək ki, xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar. Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir.
 

Qafqazinfo
 

Tarix: 19 yanvar 2022
Baxış: 263

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş