Erkən boşalmanın təbii müalicəsi — KİŞİLƏR MÜTLƏQ OXUSUN!
Vaxtından əvvəl boşalma kişinin qüruruna toxunur və partnyorlar arasında soyuqluğa, narazılığa səbəb olur. Müasir tibbdə bu problemi həll etmək üçün çox sayda vasitələr təklif edilir. Ancaq gec qurtarmaq üçün dərmanların əksəriyyəti sintetik tərkibli olduğundan səhhətin pozulmasına, preparatlardan asılılığa gətirib çıxarır.
Belə hallarla üzləşməmək üçün ən təhlükəsiz yol natural komponentlər əsasında hazırlanmış preparatların tətbiqidir. Buna erkən boşalmanın təbii müalicəsi deyilir.
Erkən boşalmanın müalicəsi özbaşına deyil, həkimlə konsultasiya edildikdən sonra aparılmalıdır. Çünki müalicəvi otlar allergik reaksiyaya səbəb ola bilər.
Erkən boşalmanın səbəbləri nələrdir?
Normalda cinsi akt 7 dəqiqədən qısa olmamalıdır. Erkən boşalmadan əziyyət çəkən kişilərdə əlaqənin 1-ci dəqiqəsində eyakulyasiya (sperma mayesi ifrazı) baş verir.
Erkən boşalmanın səbəbləri aşağıdakılardır:
birincili. Baş və onurğa beynin funksiyasının pozulması fonunda yaranır.
ikincili. Sidik-cinsiyyət orqanlarının patologiyası ilə əlaqəli olur.
Erkən boşalmanın inkişaf amilləri
psixogen – həddindən artıq oyanma, uğursuz cinsi təcrübə, masturbasiya vərdişi
üzvi – iltihabi və nevroloji xəstəliklər, penis başının həssaslığının artması, onurğanın aşağı hissəsinin travmaları.
Erkən boşalmanın təbii müalicəsi foto 1
Gec qurtarmaq üçün təbii vasitələrdən istifadə edərkən dozalanmaya və bitki komponentlərinin bir-birinə uyğunluğuna fikir vermək lazımdır. Təhlükəsizlik məqsədilə hazır təbii preparatları qəbul etmək məsləhətdir. Təbii üsullara əl atmadan öncə androloq və ya uroloq-androloqla məsləhətləşmək lazımdır.
Erkən boşalmanın təbii vasitələrlə müalicəsi
Müalicəvi otlarla bir çox xəstəliyi, o cümlədən erkən boşalmanı müalicə etmək mümkündür. Dərmanlardan fərqli olaraq vasitələrin nəticəsi bir qədər gec biruzə olunur.
Erkən boşalmanın təbii müalicəsi – reseptlər
levistik kökü. 4 çay qaşığı qurudulmuş və xırdalanmış bitkinin üzərinə 200 ml etil spirti töküb, sərin yerdə 20 gün saxlayın. Daha sonra süzün. Gündə 2 dəfə 1 ç.q. yeməkdən 20 dəqiqə əvvəl qəbul edin.
gülümbahar və qaraqınıq. Hər bitkidən 1 x.q. götürüb, üzərinə 100 ml qaynar su tökün. 3-4 saat gözləyin. Gündə 2-3 dəfə yeməkdən öncə 1 ç.q. həcmində için. Özbaşına dozanı artırmayın.
Erkən boşalmanın təbii müalicəsi – bitkilər
itburnu və damotu çayı. Bərabər nisbətlərdə bitkiləri qaynar su ilə qarışdırın. 20 dəqiqə gözləyin. Daha sonra alınan məhlulu zəif odda (qazda) 30 dəqiqə saxlayın. Gündə 2 dəfə 100 ml qəbul edin.
palıd qabığı çayı. 10 xörək qaşığı palıd qabığını xırdalayın. Üzərinə qaynadılmış su əlavə edib, 1.5-2 saat zəif odda bişirin. Soyuduqdan sonra seksual aktivliyi stimulyasiya edən çay və ya losyon kimi istifadə edin.
qıfotu (barvinok) bitkisi. 2 xör.qaş. bitkinin üzərinə 400 ml su tökün. Su hamamında 15 dəqiqə qaynadın. Səhər və axşam yeməyindən öncə 5 damcı qəbul edin. Bir qədər zəhərli bitki olduğuna görə özbaşına dozanı qaldırmayın.
Yuxarıda sadalanan vasitələr düzgün istifadə edildikdə vaxtından əvvəl boşalma ilə mübarizədə müsbət nəticələr verir və əlavə mənfi təsirləri olmur. Erkən boşalmanın təbii müalicəsi effekt vermədikdə həkim medikamentoz (dərmanla) terapiya və cərrahi müdaxilə metodlarını təklif edir.
Xülasə
Hər bir kişi bilməlidir ki, vaxtından əvvəl boşalma əlamətlərinə diqqət edilmədikdə impotensiya, yəni cinsi zəiflik əmələ gələ bilər. Fəsadlardan uzaq durmaq üçün xəstəliyi mütəxəssisin nəzarəti altında müalicə etmək lazımdır. Peşəkar həkim qısa zamanda ağırlaşmanın qarşısını alaraq bu problemi həll edir. \\Oxu24.com
Tarix: 18 yanvar 2022
Baxış: 222
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş