Xəbər lenti
Reklam
İnsanların siqaret çəkə bildikləri yerlər MƏHDUDLAŞDIRILDI
 
İsveçdə insanların siqaret çəkə bildikləri yerlər növbəti dəfə məhdudlaşdırılıb. Bu qanunvericilik çərçivəsində reallaşdırılıb.
Bu barədə medicina.az xarici KİV-lərə istinadən xəbər verir.
Sözgedən qadağa barlarda, restoranlarda və digər qapalı məkanlarda 2005-ci ilin mayından qadağan olunub. Lakin indi İsveç ictimai yerlərdə siqaretçəkməyə aid olan yeni qanunları tətbiq etməklə, ölkənin siqaretçəkmədən tam azad olmasına doğru addım atır.
İyulun 1-dən isveçlilər bəzi ictimai yerlərdə  qanun qüvvəyə minib.
Bu qadağa həm ənənəvi, həm də elektron siqaretlərə aid edilir.
Avropa İttifaqının statistik göstəricilərinə görə, İsveç istifadə səviyyəsinə görə gündəlik siqaretçəkənlərin ən az olduğu ölkədir.
İsveçin Səhiyyə İdarəsi, öz növbəsində, dəyişiklik edilən qanunvericiliyə insanların sağlamlığının mühafizəsi, həmçinin passiv siqaretçəkmə riskinin aşağı salınması naminə atılan mühüm addım kimi baxır.
Tarix: 03 iyul 2019
Baxış: 23367

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş