“Uşaqlar arasında yayılan xəstəlik mövsümi xəstəlikdir”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, belə simptomlar hər zaman olub: “Burada respirator virus infeksiyaları rol oynayır. Əgər uşaqlarda bunu yoxlamaq şansı olarsa, bunun nə olduğunu aşkarlamaq mümkün olar. Əgər bu yoxlanılmırsa, demək olmaz ki, uşaqlar arasında yayılan xəstəlik “Delta” ştamıdır. Əgər “Sars Cov 2” virusu olsa, bizdə aparılan həm PCR testləri ilə, həm də ekspress testlərlə bu virus təyin oluna bilər. Buna görə heç kim narahat olmasın”. /qafqazinfo
Tarix: 28 dekabr 2021
Baxış: 408
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş