Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
XƏBƏRDARLIQ EDİLDİ: soyuq havada papaqsız gəzən şəxslər...

Qış mövsümündə aşağı hava temperaturu normal qan dövranını pozduğu üçün saçın keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edə, hətta keçəlləşməyə səbəb ola bilər.
Bu barədə rusiyalı dermatoloq və trixoloq Yuliya Qallyamova danışıb. O, bildirib ki, saç tökülməsinin qarşısını almaq üçün qışda papaq taxmaq vacibdir.
“Saçlarınızı sağlam saxlamaq üçün soyuq havada papaqla gəzmək lazımdır. Çünki aşağı temperatur damarların spazmına səbəb olur və buna uyğun olaraq saç kökünün qan dövranı zəifləyir. Müntəzəm olaraq papaqsız gəzirsinizsə, bilin ki, bu, saçların qırılma və seyrəlmə riskini artırır”, - ekspert izah edib.
Bu, ümumi sağlamlığa da aiddir: papaq taxmamaq üz sinirinin nevriti, dərinin donması və digər problemlərə yol açır. Qallyamova bildirib ki, papaq taxılmalı olan temperatur səviyyəsini söyləmək çətindir.
“Hər bölgədə havanın temperaturu rütubətdən asılı olaraq fərqli qəbul edilir. Amma orta hesabla mənfi beş dərəcəyə qədər papaqsız gəzmək olar. Bundan sonra onu geyinmək lazımdır”, - mütəxəssis vurğulayıb. \\Publika.az

Tarix: 25 dekabr 2021
Baxış: 329

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş