Harada saxlayaq? Soyuducuda yoxsa…
Yumurta insan istehlakı üçün ən uyğun qidalardan biridir. "Advances in Food and Nutrition Research" jurnalında dərc olunan məqaləyə görə yumurta ən yaxşı pəhriz zülalıdır və əsas vitamin və minerallarla zəngindir.
Gender.az aztibb.az-a istinadən mütəxəssislərin tövsiyəsinə əsaslanaraq, yumurtanı düzgün saxlamağı bilməsi üçün oxucularını məlumatlandırır.
Mətbəx istidirsə yumurtanı soyuducuda saxlamaq daha yaxşıdır. Bundan əlavə, yumurtanın ağına günlər keçdikcə az miqdarda hava daxil olur və sıxlığını azaldır. Bu da yumurtanı keyfiyyətdən salır.
Yumurtaları karton qutularında və soyuducunun içərisindəki rəfdə saxlamaq yaxşıdır. Bir çox insan onları yumurta qablarına qoyur. Amma bu yaxşı fikir deyil, çünki soyuducuda temperaturun ən çox dəyişdiyi yer qapaq hissəsidir.
Yumurtaları karton qutuda saxlamaq onları temperaturun dəyişməsindən, qoxudan və digər qidalarla təmasdan qoruyur. Həmçinin, karton qutuda adətən yumurta qabığına əlavə olunmayan son istifadə tarixi var. Bu vacibdir, çünki onları hansı tarixdə yeməli olduğunuzu sizə xəbər verir.
Buna görə də yumurtaları sabit temperaturda saxlamaq yaxşıdır.
Tarix: 25 dekabr 2021
Baxış: 302
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş