Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Hansı ət xallar xərçəngə çevrilə bilər?

Həkim-dermatoonkoloq Natalya Kalakutskaya hansı papilomaların onkoloji xəstəliklərin göstəricisi olduğunu açıqlayıb.
Dəridə yaranan papilomalar çox zaman tamamilə təhlükəsiz olur. Onların növünü rənginə və yerinə görə müəyyən etmək mümkündür.

"Tamamilə xoşxassəli növlərə yaxalıq bölgədə, həmçinin qoltuqaltı və ya qasıq nahiyyəsində olan rəngsiz-bej rəngdən açıq çəhrayı-qəhvəyi rəngə qədər olan papilomalar aiddir", - deyə N.Kalakutskaya bildirib.

O, qeyd edib ki, onkoloji xəstəliklərə işarə edən növlərə daha çox ayaq nahiyyəsində rast gəlinir.

N.Kalakutskaya histoloji müayinə aparılmadan istənilən dəri törəmələrini aradan qaldırmamağı tövsiyə edib. \\Metbuat

Tarix: 23 dekabr 2021
Baxış: 303

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş