Damarları qocalana qədər sağlam saxlamaq istəyənlər üçün MÖCÜZƏVİ MƏHSUL
Nyu-York Universitetinin Tibb məktəbinin alimləri sübut edirlər ki, zeytun yağı damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.
Mütəxəssislərin sözlərinə, hətta həftədə 1 dəfə salata zeytun yağı əlavə etməklə ürək tutması, insult və infarkta səbəb olan arteriyaların tromblaşması riskini azaltmaq mümkündür.
Tromb qan laxtasıdır. Tromb böyüyə və damarı tam bağlaya bilər. Həmçinin tromb damarın divarından qopa və qan axını ilə ürək, beyin, ağciyərə düşə bilər. Bu isə infarkt, insult, ağciyərin tromboemboliyası deməkdir.
Trombların səbəbi qan hüceyrələri olan trombositlərin birinin birinə yapışmasıdır.
Zeytun yağının tərkibində olan bioloji aktiv maddələr trombositlərin lazım olmayan aktivliyini azaldır ki, nəticədə damarlarda qan laxtaların əmələ gəlməsi riski də azalır. \\Saglamolun.az
Tarix: 12 mart 2019
Baxış: 491
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş