Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Yüksəkdozalı Vitamin C koronavirusdan sağalma sürətini KƏSKİN ARTIRIR

Covid -19-a yoluxma hələ də davam edir. Həm böyüklər, həm də uşaqlar arasında ağırlaşmalar qeyd edilir. Covid- 19 hələ də neçə-neçə ölüm hadisələrinə səbəb olur. Ağırlaşmaların qarşısını almaq üçün müxtəlif müalicələr aparılır.
Yeni Zelandiyanın Otaqo Universitetinin alimləri bildiriblər ki, Yüksəkdozalı  Vitamin C insanı COVID-19-un  ağırlaşmasından qoruya bilər. Alimlər qeyd edirlər ki,  Covid -19 –da Yüksəkdozalı  Vitamin C –nin qəbulu sağalma sürətini 70% artırır: qanda oksigenin səviyyəsi yüksəlir və iltihab markerləri azalır.
12 klinik tədqiqatın nəzərdən keçirilməsi nəticəsində məlum oldu ki, C vitamininin tətbiqi qanda oksigen səviyyəsini artıra, iltihabı yatıra və hospitalizasiya müddətini qısalda bilər.
12 tədqiqatdan birinin müəllifləri belə nəticəyə gəliblər ki, C vitamini plasebo ilə müqayisədə koronavirusdan sağalma sürətini 70% artırıb.
Yeni Zelandiyadakı Otaqo Universitetindən tədqiqatın həmmüəllifi Anitra Carr:
"Ağır xəstələrə gündə 6-24 g  vit. C tətbiqi faydalı oldu: sağqalma müddətini artırdı, xəstəxanada qalma müddətini azaltdı, oksigenləşməni yaxşılaşdırdı və iltihabın əlamətlərini azaltdı".  
İcmala görə, COVID-19 xəstələrinin 80%-nin qanında C vitamini səviyyəsi aşağıdır, buna görə Yüksəkdozalı  Vitamin C bu çatışmazlığı aradan qaldıra bilər.
Dr. Marcela Vizkaichipi xəstələrin C vitamini səviyyəsinin yoxlanmasının vacibliyini qeyd etdi.
"Həmişə elektrolitlərin, mikroelementlərin və vitaminlərin, o cümlədən C və D vitaminlərinin yetərli səviyyədə olmasına diqqət yetirilməlidir. Bu, klinik təcrübənin standartına çevrilməlidir".
İcmalda, həmçinin Yüksəkdozalı C vitamininin şiddətli COVID-19-un inkişafının qarşısını almağa kömək edə biləcəyi ehtimal edildi. 
Azərbaycanda dövlət qeydiyyatından keçmiş C vitamininin ən yüksək dozalı preparatı Pascorbin 7,5qr \ 50 ml-dir.

Marja.az

Tarix: 09 dekabr 2021
Baxış: 223

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş