Xəbər lenti
Reklam
Televizora çox baxanlarda ölüm riski – 8 illik araşdırmanın şok nəticələri
Ürək problemi riski televiziya qarşısında oturanlarda daha çoxdur. Bu nisbət oturaq işləyənlərdən qat-qat yüksəkdir.
Bu barədə "Live Science” məlumat dərc edib.
 
 
ABŞ-ın Kolumbiya universitetinin elm adamlarının apardığı araşdırmada məlum olub ki, uzun müddət TV qarşısında oturanlarda erkən ölüm riski və kardioloji problemlər meydana gəlir. Araşdırmada məlum olub ki, gündə 4 saat oturaq televiziya izləyənlər, 2 saat TV-yə baxanlardan 50% daha çox risk daşıyır.
 
 
Mütəxəssislər bu tədqiqatlar üçün 8 il ərzində 3 min 592 nəfər müşahidə altında saxlayıblar.  Erkən ölüm riskinə təkan verən amillərdən biri də oturaq vəziyyətdə televizora baxarkən yemək yenə vərdişidir.
 
 
 Araşdırma komandasının rəhbəri Keith Diaz deyib: "Peşənizdən dolayı oturaqsınızsa heç olmasa evdə oturmayın. Bu sizi sürətlə ölümə doğru aparır”. \\Medicina.az 
 

 
Tarix: 27 iyun 2019
Baxış: 21407

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş