İsti havada damarlar genişlənir və bu da arterial təzyiqin enməsinə səbəb ola bilər.Bu əsasən hipotoniyadan (aşağı təzyiq) əziyyət çəkən insanlarda baş verir. Lakin sağlam insanlarda da belə hal mümkündür.
Təzyiqin enməsinin simptomları bunlardır:
- ani zəiflik, yorğunluq
- başgicəllənməsi
- təngənəfəslik
- qulaqlarda küy
- gözlərin qaralması
- nəbzin tezləşməsi
Saglamolun.az aşağı təzyiqi normallaşdırmaq üçün sadə vasitələri təqdim edir:
- 1 stəkan adi su için (soyuq olmamalıdır). Bir çox hallarda susuzalşma təzyiqin düşməsinə səbəb olur.
- təzə qara və ya yaşıl çay için
- 1 fincan ilıq suya 1 çimdik darçın və 1 çay qaşığı bal əlavə edin, qarışdırın və için
- ağzınıza bir çimdik duz qoyun və onu yavaş-yavaş sovurun (su içməyin)
- eleuterokokk və ya jenşen damçıları yaxşı kömək edir (10-20 damcı)
- qulaqlarınızı yaxşı-yaxşı sürtün
- boyun nahiyyəsini massaj edin
- bəzi dərmanlar (məsələn, kofein, sitromon) təzyiqi qaldırır. Lakin bu dərmanları verdikdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Təzyiqin kəskin düşməsi nəticəsində insan bayıla və hətta komaya düşə bilər. Bu səbəbdən insanın vəziyyəti tez ağırlaşırsa dərhal təcili yardım çağırın. O vaxta qədər insanı düz səthə uzandırın, ayaqlarını bir qədər qaldırın (məsələn, yastığın üzərinə qoyun) ki, başı aşağıda olsun, kəmərini, boyun düymələrini açın, təmiz havanın axınını təmin edin. \\saglamolun.az