Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Beyin xərçənginin ƏLAMƏTLƏRİ

İnsanların əksəriyyəti baş ağrısı ilə üzləşir. Bu, tez-tez təsadüf edilən simptomdur. Baş ağrısının səbəbləri çoxdur - gərginlik, arterial hipertenziya (hipertoniya), miqren, boyun osteoxondrozu, bəzi göz xəstəlikləri, haymorit, travma, bəzi dərmanların qəbulu və s.
Baş ağrısının ən təhlükəli səbəbi bədxassəli şişlərdir. Beyin xərçəngi zamanı baş ağrısı əsas simptomdur. Beyin xərçəngi zamanı baş ağrısının müəyyən xüsusiyyətləri var:

- ağrı xronikidir
- güclüdür
- sıxıcı xarakter daşıyır

- adi ağrıkəsici preparatlar bu ağrıya təsir etmir
- ağrı fiziki gərginlik zamanı (fiziki iş, idman, öskürək və s.) artır

- ağrı gecənin ikinci yarısında və səhərə yaxın daha güclü olur. İnsan yuxudan durandan sonra baş ağrısı 2-3 saat ərzində azalır.



Qusma da beyin xərçənginin əsas simptomlarından biri sayılır. Qusma daha tez-tez səhər acqarına olur, qida qəbulu ilə bağlı olmur və xəstəyə rahatlıq gətirmir.

Qıcolma (epilepsiya) tutmaları xəstəliyin ilk simptomu kimi əmələ gələ bilər. Buna mütləq ciddi fikir vermək lazımdır. Əgər belə tutmalar qəfildən insanın 20 yaşından sonra əmələ gələrsə, bu, çox təhlükəli simptomdur.

Beyin xərçənginin simptomlarından biri də başgicəllənməsi sayılır. Bu simptom daha gec inkişaf edir. Xəstədə görmə problemləri yaranır - gözlər dumanlanır, görmə zəifləyir. Bu, xüsusilə səhərlər baş verir.

Xəstəlik inkişaf etdikcə xəstədə yaddaşın, təfəkkürün, nitqin pozulması kimi simptomlar əmələ gəlir, insanın xasiyyəti dəyişilə bilər.

Beyin xərçənginin əmələgəlmə səbəbləri tibdə məlum deyil. Müalicənin uğurlu olub-olmaması xəstəliyin mərhələsindən, şişin yerləşməsindən, xəstənin yaşından və s. amillərdən asılıdır.

Məhz bu səbəbdən xəstəliyin ilk simptomlarında həkimə müraciət etmək lazımdır. \\Medicina

Tarix: 26 noyabr 2021
Baxış: 251

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş