Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
“Koronavirusa qarşı istifadə edilən bu dərman təsirsiz imiş” – Professordan XƏBƏRDARLIQ

Türkiyəli professor Serap Şimşek Yavuz koronavirusa yoluxan xəstələrin müalicəsində istifadə edilən “Favipiravir” dərmanının təsirsiz olduğunu açıqlayıb.
Dərmanın Türkiyədə korona müalicəsi protokolundan çıxarılacağını proqnozlaşdırdığını deyən professor, "Bu dərman bədəndə hər hansı bir şəkildə arzuolunmaz nəticəyə səbəb ola biləcək dərman deyil" ,– deyə açıqlamasında bildirib.
“Favipiravir”in yoxlanılması üçün yüngül və orta dərəcədə simptomları olan təxminən 1150 xəstə üzərində sınaq keçirilib. Evdə dərman qəbul edən xəstələr klinik tədqiqatçılar tərəfindən uzaqdan izlənilib. Məlum olub ki, sözügedən dərman xəstəliyin sağalması üçün effektiv nəticə vermir.
Professor Serap Şimşek Yavuz deyib ki, bu dərmanın ölkələrində də müalicə protokolundan çıxarılmasını gözləyirlər: “Bu günə qədər dərmanı istifadə edən şəxslərdə yan təsir baxımından təhlükəli bir vəziyyət yoxdur", – deyə bildirib.
Professor müalicəsində bu dərmandan istifadə edən xəstələrin narahat olmamalarını söyləyib: "Bu dərman orqanizmdə yığılıb hər hansı bir şəkildə arzuolunmaz nəticəyə səbəb ola biləcək dərman deyil. İstifadə olunan doza çox yüksək doza deyil.
Evdə müalicə alan xəstələrin özbaşına dərman istifadə etməmələrinin lazım olduğunu bir daha vurğulayan professor xəbərdarlıq da edib: "Xəstələr çox müxtəlifdir. Hər kəs öz ağlına görə qan durulaşdırıcı, vitamin, steroid istifadə etməməlidir. Bundan başqa, simptomatik şikayətləri aradan qaldırmaq üçün qızdırma salan və ağrıkəsicilərdən başqa dərmanlar qəbul etməyi məsləhət görmürük". \\Musavat.com

Tarix: 20 noyabr 2021
Baxış: 277

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş