Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Şəkər immuniteti necə öldürür?

Bağırsaqlar çoxlarının təsəvvür etdiyi kimi qidanı həzm edən boru deyil, o həm də milyonlarla zərərli və faydalı bakteriyanın evidir. Orda bədənə lazım olan maddələr, vitaminlər sovrulur.

Bağırsaqların vəziyyətindən immunitet, beyinin işi, əhval, hətta arzular asılıdır.

Bağırsaqda olan zərərli mikroorqanizmlər belə orqanizm üçün lazımdır, lakin onların sayı çox olmamalıdır və bu bakteriyaların ifraz etdiyi toksiki maddələr insan üçün zərərlidir.

Pis bakteriyaların sevimli qidası şəkər, şirniyyatdır. Onu bilmək lazımdır ki, hər dəfə marketə gedib gözünüzə xoş gələn dadlı konfeti, şirniyyatı alanda bu istəyi sizdə həmin pis bakteriyalar yaradır və siz onları yedizdirib çoxaldırsız.

Şirniyyat çox yedikcə nəticəniz: bakteriyaların çoxalması, intoksikasiya, immunitetin zəifləməsi, qazlar, köpmə, deşilmiş bağırsaq sindromu və s.
Sizin bədəniniz ancaq onunla məşğuldur ki, bakteriyaların ifraz etdiyi növbəti zəhəri bədəndən hər nə yolla olursa olcun xaric etsin. Xaricdən gələn infeksiyalara isə enerji qalmır. Toksinlər isə allergiya, qaşınma, dəridə səpkilər, üzdə sızanaqlar, baş dərisinin yağlanması, limfa və qan kirlənməsi ilə xaricə çıxır.

Ona görə də orqanizmə dəstək üçün hər gün az-az da olsa şəkəri, un məmulatlarını azaldıb, nəfsinizə hakim kəsilib, boş kalorilərlə bədəninizi doldurmursuz. Onun yerinə quru meyvələr, tərəvəz, qoz, tumlar, toxumlar, yağlar, balıq, ət yeyirsiz.

Bu zaman bağırsaq düzgün işləyir, vitamin-mineral ehtiyatı bərpa olur, immunitet güclənir, beyin daha yaxşı işləyir. \\Medicina.az

Tarix: 16 noyabr 2021
Baxış: 217

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş