Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Bəzi şəxslər koronavirusa yoluxmur - SƏBƏB bu qədər sadə... - VİDEO

Britaniyada aparılan yeni tədqiqat bəzi insanların COVID-19 virusuna daha müqavimətli olması məsələsinə aydınlıq gətirib. 

“The Independent” yazır ki, London Universitetinin bir qrup alimi COVID-19-a müqavimətlə insan orqanizminin immun sistemindəki bəzi T-şəkilli hüceyrələr və ya leykositlər arasında əlaqə aşkar edib. Bu hüceyrələr SARS-CoV-2 və koronavirus ailəsindən olan başqa infeksiyaları yoluxmanın ilkin mərhələsində orqanizmdən təmizləyə bilir. Alimlər ümid edirlər ki, bu kəşf yeni vaksin texnologiyalarına güclü təkan verə bilər.

Araşdırmanın rəhbəri Leo Svodlinq bildirib ki, yoluxanların arasında gəzib-dolaşan, amma xəstələnməyən adamlar var.
Maraqlıdır, bu adamlar həqiqətən də virusdan yayınmağı bacarıblar, yoxsa bunlarda orqanizmi virusdan təbii şəkildə təmizləyən qabiliyyət var? T-şəkilli hüceyrələrə “yaddaşlı hüceyrə” də deyirlər. Alimlər düşünürlər ki, bəzi adamlarda koronavirusa qarşı immunitet onların başqa, mövsümi koronavirus növlərinə yoluxması zamanı yaranır. Məsələn, adi soyuqdəymənin virusu da koronavirus ailəsinə aiddir.

Bu həftə “Nature” jurnalında dərc olunmuş araşdırma hesabatında deyilir ki, bəzi adamları COVID-19-dan “yaddaşlı” T-hüceyrələr qoruyur. Maraqlıdır, bu adamların koronavirus testlərində anticismlər aşkar olunmur. Alimlərin fikrincə, bu onunla bağlıdır ki, bəzi adamların immun sistemi virusu orqanizmdən onun hələ anticismi yaranmadan təmizləyir. Alimlər bu qənaətə gəliblər ki, gələcək vaksinlər T-şəkilli hüceyrə reaksiyası əsasında işlənə bilər. Bu hüceyrələr immun sistemi üçün anticismlərdən daha effektlidir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
 

Tarix: 12 noyabr 2021
Baxış: 211

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş