Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Pandemiya nə zaman başa çatacaq? - Həkim danışdı

Pandemiya hər ölkədə özünəməxsus şəkildə gedir, Azərbaycanda isə epidemioloji vəziyyəti hazırda stabil qiymətləndirmək olar. Bu mənada qonşularımızdan asılı deyilik, bizim öz istiqamətimiz var.
Gender.az bildirir ki, bu sözləri publika.az-a açıqlamasında tibbi ekspert Vasif İsmayıl deyib. Həkim bildirib ki, havaların soyuması nəticəsində immun sisteminin zəifləməsi virusların və infeksion xəstəliklərin daha da yayılmasına səbəb olur:
"İnsanlar vəziyyətin daha da pisləşəcəyi ilə bağlı narahatdırlar. Onlar soyuq havaların virusu daha da yayacağını, yeni dalğaya səbəb olacağını düşünürlər. Lakin bu dalğaların şiddəti əhalinin vaksinasiyasına əsasən dəyişir. 5-ci dalğanın başladığını düşünmürəm. Məktəblər və universitetlər açıldı deyə bizdə yoluxma sayı aşağı düşmədi. Odur ki, yoluxma nisbəti bir müddət təxminən bu şəkildə davam edəcək. Qarşıdakı aylarda dalğanın aşağı düşməsi, sonra yenidən yüksəlməsi gözlənilir. COVID-19 hava-damcı yolu ilə yayıldığı üçün daim nəzarət altında saxlanılmalıdır.
Pandemiyanın tezliklə bitməsi gözlənilmir, buna baxmayaraq, epidemioloji vəziyyəti çox yaxşı hala gətirmək olar. Sözün düzü, bu dəqiqə Azərbaycanda yoluxma sayı dəhşətli deyil, vaksinasiya hesabına artıq insanlar xəstəliyi yüngül keçirməyə başlayıb, digər qismi də özünü qoruya bilir. Kütləvi immunitetin meydana gəlməsi üçün Azərbaycanda əhalinin 65-70 faizi peyvəndlənməlidir. Buraya uşaqlar da daxildir. Bu mənada əsas fikir peyvəndlənmənin üzərinə yönəlməlidir".
Tarix: 12 noyabr 2021
Baxış: 217

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş