Hazırkı dalğada yoluxanları 3 kateqoriyada qruplaşdırmaq olar. Bu gün yoluxanlar arasında gənclər daha çoxdur.
Rusiyalı infeksionistlər kimlərin bu ərəfədə daha çox yoluxmasına aydınlıq gətirib.
“İndi ən vacib məsələ kimlərin xəstələndiyini dəqiqləşdirib, o istiqamətdə tədbirlər görməkdir. Xəstəxanalara daxil olan xəstələrin anketini incələdikdə deyə bilərəm ki, 3 qrup insan yoluxur.
1- Heç vaksin olunmayanlar, bunlar əsasən gənclərdir, ona görə budəfəki dalğa onları tutdu. Kİmsə onları inandırıb ki, cavan olduqları üçün virus onları öldürməyəcək, ona görə vaksinə ehtiyac yoxdur
2- Uşaqlar, məktəblilər və yeniyetmələr
3- Ya pandemiyanın əvvəlində virusun köhnə ştammına yoluxanlar və ya 6-8 ay əvvəl peyvənd olunanlar və qanında antitellər tamam itənlər – deyə infeksionis Jqunov bildirib. \\Medicina