Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Aşağı təzyiqin səbəbləri, əlamətləri - Niyə təzyiq düşür?

Hipotoniya - Arterial təzyiqin normadan aşağı düşməsidir
Arterial hipotenziya dünyada 30% insanın əziyyət çəkdiyi simptomdur.

Hipotenziya üçün yaş həddi yoxdur: 15 yaşdan ahıl yaşa kimi hər kəsi yaxalaya bilər. Hipertoniyadan fərqli olaraq, aşağı təzyiq ciddi patoloji xəstəlik hesab olunmur. Aşağı təzyiq üçün müalicəvi dərmanlar da yoxdur, onunla yalnız simptomları başlayanda mübarizə aparmaq lazımdır. Hipotoniya çox maraqlı və sərhədləri olmayan növdür. Hər insanda fərdi olaraq özünü biruzə verir.

Səhiyyədə bu göstəricilər təzyiqin enməsi kimi qəbul olunur:


•Qadınlarda – 90/60

•Kişilərdə 100/65

•Yaşlı insanlarda - 110/70

Təcrübə göstərir ki, təzyiq düşməsi yeniyetmə və gənclərdə daha çox rast gəlinir, nəinki yaşlılarda.


Səbəblər:

•Genetik meyillilik: ana xətti ilə keçir, adətən insanı çox narahat etmir, müalicə tələb olunmur.

•Qanın aşağı düşməsi – bədənin susuzlaşması

•Ürək-damar xəstəlikləri – ürək yığılmalarının sayını azaldır, qan az getdiyindən arterial təzyiq aşağı düşür

•Sinir əsəb sistemi pozulmaları

•Damar yığılmaları, spazmı

Təzyiqi aşağı salan faktorlar:

-Qeyri düzgün, sağlam olmayan qidalanma
-Zərərli iş

-Stres, əsəb, gərginlik

-Orqanizmin intoksikasiyası

-Hamiləlik

-Oksigen aclığı

-İqlim dəyişikliyi

-İnfeksion xəstəliklər

-Orqanizmdə vitamin, mineral çatışmazlığı


Təzyiqin düşməsinin əlamətləri:

-Güclü baş ağrısı, miqren, baş gicəllənmə

-Gözlərdə qaralma, görmə azlığı

-Qulaqlarda küy, zəng

-Ətraflarda keyləşmə

-Bənizin ağarması

-Ürək bulanma

-Nəbzin yavaşıması

-Ürək və sinəyə ağırlıq


Əgər vaxtında təzyiq normal dərəcəyə qaldırılmasa bunlar baş verə bilər:

-Görmənin pozulması

-Yaddaş zəifləməsi

-Ürəyin işinə zərbə

-İnsult ehtimalı

-Kardiogen şok


Təzyiqi ən tez və asan qaldırmağın üsulları:

-Tünd, qara qəhvə

-Nöqtəli massaj – qulaq ucu, gicgah və üst dodağın üstündəki nöqtələr bir neçə dəqiqə masaj olunur

-Naşatır spirti qoxulamaq

-Duz – bir tikə çörəyə bol duz səpib yemək, üstündən bir stəkan su içmək.


Müalicəsi:

-Dərman terapiyası

-Xalq təbabəti

-Qidalanma

-Fizioterapiya, idman


Aşağı təzyiq üçün ən populyar dərmanlar: Çitramon, Papazol, Mezatondur. Bitki cövhərlərindən jenşen, zəncəfil, bessmertnik, exinesiya.

Faydalı qidalar:

-Ərik qurusu

-Kəsmik

-Qaraciyər

-Qırmızı ət

-Qarabaşaq

-Nar

-Dəmir, Maqniy, Kaliy, A, C, E, P vitaminləri. \\Medicina



Tarix: 27 oktyabr 2021
Baxış: 262

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş