Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Koronavirusa yoluxanlar duş qəbul edə bilərmi? - Mütəxəssis açıqladı

Koronavirusa yoluxan xəstələrin duş almasında heç bir problem yoxdur.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, uzman terapevt Zakir Quliyev deyib.
O bildirib ki, bu məsələdə cəmiyyət arasında yanlış fikir formalaşıb:
"Xəstə var ki, karantin müddəti bitənə qədər duş almır. Natəmizlik digər ciddi problemlərə səbəb ola bilər. COVID xəstələri mütəmadi olaraq duş ala bilərlər. Sadəcə, duş aldıqdan sonra mümkün qədər soyuqdan qorunmaq lazımdır. Yəni, xəstə duş aldıqdan sonra kondisioner altında oturursa, eyvana çıxırsa, bu, əlbəttə ki, xəstə üçün əlavə problem yarada bilər. Amma ümumilikdə heç bir problem yoxdur. Bəzən həmkarlarımız xəstəyə yaxşı qidalanmaları barədə tövsiyə verirlər. Amma yaxşı qidalanmaq, çox qidalanmaq, hər şeyi yemək deyil. Yaxşı qidalanmaq əslində balanslı qidalanmaqdır. Digər tərəfdən, qidalanma hər insan üçün xüsusi ola bilər. Məsələn, həkimlər çoxlu maye qəbul etməklə bağlı tövsiyə verirlər. Ola bilər ki, bəzi xəstələrə 3-5 litr maye qəbulu problem yaratmaz, amma kiməsə 1 litr maye böyük problem yaradar və vəziyyəti daha da ağırlaşa bilər". \\Konkret

Tarix: 01 sentyabr 2021
Baxış: 224

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş