Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Ürək xəstəliyinin üzdən görünən əlamətləri - Güzgüyə baxın

Ürək xəstələrini iti və müşahidəedici gözlə çox zaman insanın üzü, bədənində baş verən dəyişikliklərlə öncədən görmək olur.

Ürəkdə pozulmalar mütləq insanın zahirində özünü göstərir. Bəs bu əlamətlər hansılardır?

Əlbəttə ki, ürək-damar problemlərini tibbi diaqnostik baxımdan arterial təzyiqin ölçülməsi, EKQ, EXQ, xolesterin, lipid, qan analizləri və ailə-nəsil anamnezi göstərir.
Əgər xəstə və ailə üzvləri vaxtında bu müayinələrdən keçmirsə, o zaman bu əlamətlərə diqqət edin

1. Göz içində boz və ağımtıl halqavari dairələr.

Göy qurşağına bənzəyən yarımhalqalar 60% hallarda 50 yaşdan sonra insanlarda olur. 80 yaşlı insanların hamısında bunu görmək olar.

Bu arka lipidlərin orqanizmdə yığılmasına görə və xolesterin çoxluğundan əmələ gəlir. Əgər 30-40 yaşlı insanda bu halqalar varsa, deməli, onda xolesterin, triqliseridlər çoxdur, bu isə ürək-damar problemlərinin başlamasına işarədir. Hətta savadlı göz həkimi və kardioloq göz bəbəklərinə baxmaqla aterosklerozu da görə bilər.

2. Göz qapağı üstündə, künclərdə piy törəmələri – ksantelazmalar

Buna bəzən ət xallar deyirlər. Çox zaman yuxarı göz qapağında, göz dibinə yaxın yerləşir. Bərk və ya yumşaq ola bilər. Bunlar təkcə kosmetik qüsur yox, həm də ürəklə bağlı ciddi siqnal, lipoprotein və xolesterinin artması deməkdir.
Araşdırmalar göstərib ki, gözünün üzərində belə piy topacıqları olanlar heç olmayanlardan 17% daha çox ürək-damar xəstəliyinə tutulur.

Piy topaları ateroskleroz, yüksək təzyiq, insult, iri damarların tutulması, şəkərli diabetdə də xəstənin gözündə çıxa bilər.

3. Belin diametri

Enli, piyli bel ürək-damar problemlərinə 2 dəfə artıq yaxınlaşmalıdır. Normalda qadınların beli 80-85, kişilərdə isə 94-96 olmalıdır. Bundan yuxarı göstərici xəstəlikdir. Piylənmə, diabet və yüksək təzyiq, buna bağlı olaraq ürək, qan-damar.
Bu adamlarda damarlar tez tutulur, tromb əmələ gəlir.

4. Qulaqda kəsmə xətt

Buna Frenk simptomu deyilir, qulağın sırğalığında dərin qırış kimi qat əmələ gəlir. Elmi tədqiqatlar göstərib ki, bu əlamət ürəyin işemik xəstəliyi ilə bağlıdır. Çünki işemik xəstələrin yarısının qulağında belə qat, xətt olub. Eləcə də bu qırış infarkt xəstələrində olub. Amma alimlər deyir ki, 60 yaşdan sonra yaşlılarda qulaqda bu qırış yaşa bağlı ola bilər.

5. Alında qırışlar

Avropa kardioloqları müşahidə edib ki, dərin, horizontal qırışlar, xüsusən gənclərdə ürək –damar xəstəliklərindən xəbər verə bilər.

20 illik elmi müşahidələr göstərib ki, alında qırışların artması və dərinləşməsi ilə ürək-damar xəstəlikləri də artır. \\Medicina



Tarix: 27 iyul 2021
Baxış: 271

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş