Ağrıları dərmansız necə aradan qaldırmaq olar? - Qeyri-adi vasitə
Amerikalı mütəxəssislər hər hansı bir ağrı ilə mübarizə aparmaq üçün qeyri-adi bir yol təklif ediblər.
Bunun üçün ən yeni texnologiyalardan faydalanmaq təklif olunur.
Alimlər sinir sisteminin mərkəzi orqanının müəyyən bölgələrində təsir göstərən bir beyin implantı hazırlayıblar.
Elmi kəşf Nyu-York Universitetinin əməkdaşları tərəfindən edilib.
Qeyd etmək lazımdır ki, elm adamları əvvəllər implantlardan istifadə edərək yeni müalicə üsulları yaratmağa çalışıblar.
Ancaq problem cihazın yalnız bir sahəyə təsir etməsi ilə bağlı idi. Budəfəki yenilik isə fərqli şəkildə işləyir.
Beyin implantatı necə işləyir?
ABŞ-dan olan mütəxəssislər tərəfindən icad edilən cihaz beynin bir neçə hissəsinin bir-biri ilə əlaqə quracağı şəkildə işləyir.
Beləliklə, implant sinir sisteminin mərkəzi orqanının iki zonası arasında "sinir körpüsü" adlandırıla bilər.
Cihaz əvvəlcə ağrı siqnalının gəldiyi yeri təyin edir. O, beynin digər hüceyrələri tərəfindən zərərsizləşdirilir.
Nəticədə ağrılı hisslər yox olur və sağlamlıq vəziyyəti yaxşılaşır.
Bu tezis laboratoriya gəmiriciləri üzərində aparılan bir təcrübə zamanı təsdiqlənib.
Gələcəkdə yenilik insanlar üçün uyğunlaşdırıla bilər. Ancaq bunun üçün çox səy lazımdır. \\Lent.az
Tarix: 19 iyul 2021
Baxış: 283
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş