Alkoqollu içkilərin beynin fəaliyyətinə mənfi təsirlərindən çox yazılıb. Bu dəfə Rusiyalı mütəxəssis beynimizi “zəhərləyən” digər içkilərdən danışıb.
Rusiya Milli Diyetologiya Assosiasiyasının üzvü, həkim-diyetoloq Natalya Kruqlova açıqlamasında bildirib ki, alkoqoldan əlavə kafeinli içkilərin həddindən artıq istifadəsi də orqanizmimizdə fəsadlar yaradır.
Onun sözlərinə görə, kofein heç bir enerji və ya güc vermir, sadəcə mərkəzi sinir sistemini və beyni hərəkətə gətirir:
“Açığını deyim ki, bu vəziyyətdə bir az yorğunluq ola bilər, bir müddət sonra insanın özünü toparlaması çətin olacaq, yaddaşı pisləşəcək”.
Kruqlova bu cür insanların zəka səviyyəsində və zehni fəaliyyət sürətində bir azalma olduğunu izah edərkən bildirib ki, bütün bu proseslər sürətlə deyil, kifayət qədər uzun müddət ərzində baş verir, buna görə də yarana biləcək fəsadın qarşısını almaq olar. \\Lent.az