Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
İdmansız və pəhrizsiz necə arıqlamalı? – Rusiyalı dietoloq bunları məsləhət görür
                                         
Tanınmış rusiyalı dietoloq pəhrizsiz və idmansız sürətlə arıqlamağın yolları açıqlayıb.

Gender.az-ın məlumatına görə, dietoloq Tatyana Razumovskaya RİA "Novosti” yə müsahibəsində pəhriz tutmağı bacarmayan, idmanla məşğul olmaq imkanı olmayan insanların artıq çəkidən azad olmaq yollarından bəhs edib.
 

Dietoloq çəki verməkçün yuxunun vacibliyini xüsusilə vurğulayıb.

"Davamlı olaraq yuxusuz qaldıqda orqanizmdə iştahı boğan leptin hormonunun səviyyəsini aşağı düşür. Əvəzində aclıq hissini gücləndirən qrelin və kortizol kimi hormonların sayı artır. Bundan əlavə, kortizolun çoxluğu nizamsız yeməyə və qarın nahiyəsində piylənmənin meydana gəlməsinə səbəb olur", - deyə mütəxəssis açıqlayıb.

Razumovskayanın fikrincə, arıqlamaq istəyənlər öz rasionlarına lif daxil etməlidir. Belə ki, qida lifləri xolesterol və şəkərin səviyyəsini normallaşdırır, bağırsaqlara müsbət təsir göstərir və aclığı aradan qaldırır.

"Gündə 20-40 qram lif yeməlisiniz ”,- deyə Razumovskaya bildirib.
 

Yəni, gündəlik rasionunuza paxlalılar, tam taxıl çörəyi, quru meyvələr, qoz-fındıq, tərəvəz və dənli bitkilər daxil edilməlidir.

"Gündəlik qidanızda kifayət qədər zülalın olması da vacibdir.Ümumi çəkinizin hər kiloqramına 1,2 - 1,5 qram arasında arasında zülal düşməlidir. Süd  və ət məhsulları, balıq və digər dəniz məhsulları, yumurta və tərəvəz , eləcə də qoz-fındıq, paxlalılar və soya zülalla zəngin qida növlərinə aiddir" – deyə dietoloq qeyd edib.

Onun sözlərinə görə, orqanizm zülalları həzm etmək üçün karbohidratlardan daha çox kalori sərf edir. Bunun sayəsində zülalın həzmi üçün daha çox vat tələb olunur və toxluq hissi daha uzun çəkir. / Sfera.az

 
Tarix: 06 iyul 2021
Baxış: 321

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş