Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Havaların istiləşməsinin yoluxma sayına təsiri varmı? - Həkimdən CAVAB

"Yayın gəlməsinin, havaların kəskin istiləşməsinin virusun yayılması və yaxud azalmasına heç bir təsiri yoxdur”.

Gender.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında tibb elmləri doktoru, infeksionist Vüqar Cavadzadə kəskin isti hava şəraitinin son dövrlər müşahidə edilən koronavirus infeksiyasına yoluxma sayının azalmasına öz təsirini göstərdiyi barədə səslənən bəzi fikirlərə münasibət bildirərkən deyib.

Onun fikrincə, yoluxmanın azalmasında yalnız iki amil, sərt karantin tədbirləri və vaksinasiya rol oynayıb:

"İsti hava şəraiti virusun yayılmasının qarşısını alırdısa, keçən ilin iyun-iyul aylarında niyə yoluxma və ölüm halları yüksək olub? Həmin dövrdə xəstəxanalar da bu xəstələrlə dolu idi. Məhz buna görə keçən ilin bu vaxtı ikinci dəfə sərt karantin rejimi tətbiq olundu. Nəticədə 2020-ci ilin avqustun ortalarında yoluxma sayı 40 nəfərə düşdü. Bu hal onu göstərir ki, havanın isti keçməsinin yoluxma sayının azalmasında heç bir rolu olmayıb. Hazırda yoluxma sayında azalmanın əsas səbəbi sərt karantin tədbirlərin nəticəsi və ona paralel olaraq aparılan vaksinasiya prosesidir”.


Həkim bildirdi ki, qoruyucu tədbirlərə əməl etməsək, payıza doğru prosesdə yenidən mənfi tendensiyaların şahidi ola bilərik:
"Pandemiya dövrünü yaşamaqda davam edirik. Virus hələ də həyatımızdadır. Gün ərzində 20-30 nəfər yoluxursa, deməli, hardasa infeksiya mənbəyi var. Deməli, cəmiyyətdə hələ də virus gəzdirən şəxslər qalmaqdadır. Belə olan halda qoyulan tədbirlərə əməl etməsək, hər zaman epidemiya yenidən güclənə bilər”.

Tarix: 29 iyun 2021
Baxış: 281

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş