Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
İsti havanın böyrəklərə ZİYANI. Nə etməli?

Uroloqların müşahidələrinə görə, yay mövsümündə böyrəklərdə daşların əmələ gəlməsinin riski qat-qat artır.
Amerikalı həkimlər təsdiq edirlər ki, qlobal istiləşmə ilə bağlı hava temperaturu yüksəldikcə böyək xəstəliklərindən əziyyət çəkən insanların sayı artır. Bunun səbəbi – orqanizmin susuzlaşmasıdır.
Böyrəklərin fəaliyyətini yaxşılaşdırmaq üçün həkimlər isti günlərdə qəbul etdiyimiz mayenin miqdarını xeyli artırmağı (2-3 l qədər) tövsiyyə edirlər.
Susuzluq hissi susuzlaşmanın əlamətidir və bu o deməkdir ki, orqanizm artıq maye itkisindən əziyyət çəkir. Buna görə mayeni yalnız susuzluq hiss etdikdə yox, gün ərzində tez-tez içmək lazımdır ki, orqanizm üçün çox vacib olan su balansı pozulmasın.
Limon turşusu böyrəklərdə daşların əmələ gəlməməsi üçün ən yaxşı profilaktikadır. Həkimlər içkilərə (çay, su və s.) limon əlavə etməyi məsləhət görürlər. \\Saglamolun

Tarix: 28 iyun 2021
Baxış: 301

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş