Son günlər Bakıda yüksək hava temperaturu müşahidə olunur. İyun ayı ərzində bu cür isti günlərin davam edəcəyi gözlənilir.
Bunu Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Bizim.Media-ya açıqlamasında bildirib:
“İyun ayı yayın birinici ayıdır. Hələ ki, rekord göstərici müşahidə olunmayıb. Sabah küləkli hava müşahidə olunacaq, amma sonrakı günlərdə temperatur yenidən yüksələcək. Havanın temperaturu 35 dərəcənin üstü yüsələcək”.
MÖVZU İLƏ BAĞLI:
Gülşad Məmmədova bildirib ki, iyunun 18-dən 19 iyun səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir:
“Küləyin maksimal sürəti 15-20 saniyə, arabir 23 saniyə olacaq, iyun 18-də səhər saatlarında yarımadanın bəzi yerlərində 25-28 saniyədək güclənəcək, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu 26-30 dərəcə olacaq”.
Hidremeteloq bildirib ki, iyun 20-də paytaxtda yağmursuz hava şəraiti keçəcək:
“Mülayim cənub küləyi əsəcək, Hava temperaturu 30-35 dərəcə arasında dəyişəcək”.
Gülşad Məmmədovanın sözlərinə görə, əksər rayonlarda da əsasən yağmursuz hava şəraiti hökm sürəcək:
“Lakin iyunun 18-də dağlıq ərazidə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Havanın temperaturu 33-38, dağlarda isə 20-25 dərəcə olacaq”.
Bütövükdə yayda havanın temperaturunun necə keçəcəyi ilə bağlı suala cavabında isə Büro rəhbəri bildirib ki, iyul, avqust ayları ümumulikdə isti aylardır:
“Əvvəlki illərdə də yüksək temperatur müşahidə olunub. Bu yay da isti keçəcək”.
Xatırladaq ki, ötən il isti hava temperaturunun koronavirusu məhv edəcəyi iddia olunurdu. Hətta ABŞ-ın sabiq prezidenti Donald Tramp da “havalar istiləşəndə koronavirus məhv olacaq" – deyə, açıqlama vermişdi
Lakin yoluxma yay fəslində azalsa da, payız başlayanda yenidən artmağa başladı.
Mütəxxəsislər bildirirlər ki, yay fəslində qapalı məkanlar daha çox havaladırıldığına görə, yoluxma azalır. Amma ən yüksək temperatur belə virusu məhv etmir.
Xatirə