Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Peyvəndlər uşaq sahibi olma qabiliyyətinə mənfi təsir edə bilərmi?

Koronavirus peyvəndi də daxil olmaqla hər hansı bir peyvəndin qadınlarda və ya kişilərdə fertilliyə  təsir edə biləcəyinə dair bir dəlil yoxdur.
Bu barədə “Rospotrebnadzor”un (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti) saytında məlumat verilib.
Qurumdan bildirilib ki, koronavirusa qarşı Rusiya peyvəndlərinin nəsillərə təsirini qiymətləndirmək üçün ilk növbədə laboratoriya heyvanları üzərində lazımi testlərdən keçilib və heç bir mənfi nəticə aşkar edilməyib.
“Hazırda uşaq sahibi olmaq istəyirsinizsə, COVID-19-a qarşı peyvənd olunduqdan sonra hamilə qalmaqdan çəkinmək lazım deyil”, – deyə “Rospotrebnadzor”dan əlavə edilib.
Qurumdan o da vurğulanıb ki, bu vəziyyətdə mövcud olan preparatla vaksinasiyadan keçmək ən məqbuludur, ancaq xroniki xəstəliklər halında peyvənd seçimi ilə əlaqədar həkimlə məsləhətləşməyə dəyər. \\Oxu

Tarix: 15 iyun 2021
Baxış: 265

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş