Kakaonun faydaları - stresi azaldır, xərçəngdən qoruyur, ürəyi gücləndirir...
Kakao tonuslandırıcı və ətirli içkidir. Kakaonu kakao tozu, süd və ya su ilə hazırlayırlar.
İlk dəfə kakao tozu 3000 min il əvvəl əldə olunub. Onu hələ qədim astek qəbiləsinin adamları əldə edib.
Kakaonun tərkibində müxtəlif mikroelementlər (kalsium, kalium, sink, marqans və s.), vitaminlər (B1, B3, A, E, C) və çoxlu faydalı kimyəvi birləşmələr var.
Kakaonun irqanizmə faydaları bunlardır:
- stress, gərginlik və narahatçılıq hissini azaldır, əhvalı yaxşılaşdırır, əzələləri rahatlaşdırır
- beyinin fəaliyyətini yaxşılaşdırır, Alsheymer və digər neyro-degenerativ xəstəliklərin profilaktikasıdır
- ürəyi möhkəmləndirir
- orqanizmin tonusunu artırır, insana güc verir
- qan dövranını və qanın tərkibini yaxşılaşdırır
- saç, sümük toxuması və dişlərin möhkəmlənməsinə səbəb olur
- orqanizmə xərçəng əleyhinə təsir edir.
Həkimlərin sözlərinə görə, kakao xüsusilə yaşı 50-dən yuxarı olan insanlara faydalıdır. Antioksidantlarla zəngin olan kakao orqanizmdə gedən qocalma proseslərini ləngidir.
Lakin nəzərə almaq lazımdır ki, bəzi sinir sistemi xəstəlikləri, böyrək xəstəlikləri, podaqra, mədə turşuluğunun səviyyəsinin yüksək olması zamanı kakao ziyan vura bilər. Həddindən çox kakao içmək qəbizliyə səbəb olur.
Kakaonun günün 1-ci yarısında və 1-2 fincan olmaqla (bundan çox yox!) qəbul etmək olar.
3 yaşına kimi uşaqlara kakao içmək qadağandır. \\Saglamolun