Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Hansı qan qrupunda tromblaşma olur – İnsanın qanı və xəstəlikləri

Trombozdan pankreatitə kimi: insanın qan qrupundan asılı olaraq gələcəkdə bəzi xəstəliklərlə daha çox qarşılaşacaq.
 

Bəzi potensial və xroniki xəstəliklərin günahkarı qan qrupumuz olur və bu artıq tibbi olaraq sübut edilib.
 
İsveç alimlərinin böyük masştablı 20 illik elmi araşdırmaları yekunlaşıb.
 
1997-2017- ci illərdə onlar 1217 adda xəstəliyi araşdırıb. Onlardan 48-I birbaşa konkret qan qrupu ilə əlaqəli olduğu üzə çıxıb.
 
Burda anadangəlmə və irsi qan xəstəlikləri nəzərə alınmayıb. Söhbət tamam başla xəstəliklərdən gedir.
Məsələn, ikinci qrup qan sahibləri ürək damar, tromb, tromboza meyillidir.
 
Həzm orqanları, mədə-bağırsaq xoraları, 12 barmaq bağırsaq xəstəlikləri I qrup qanda olur.
Qalxanvari vəz xəstəlikləri, zob 2 və 4-cü qan qruplarında daha çox rast gəlinib.
 
Onkoloji xəstəliklərdən isə mədəaltı vəz şişi də II qrupda birinciyə nisbətən daha mütəmadi rastlanıb. \\Medicina

Tarix: 08 iyun 2021
Baxış: 346

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş