Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Virusoloq alimdən ÜST-ə ÇAĞIRIŞ - "Vaksini dayandırın, qlobal fəlakətlər gətirəcək"

Dünyada kütləvi vaksinasiyanın aktivləşdiyi vaxtda bir çox epidemioloq, alim və professorlar bu prosesin səhv olduğu və gələcəkdə insanlıq üçün fəlakətlə nəticələnəcəyi barədə açıqlamalarında israrlıdır.
 
Professor, vaksinoloq Gert Vanden Dünya Səhiyyə Təşkilatını və viruslar üzrə ekspertləri kütləvi vaksinləşmənin mənfi təsirlərini müzakirə etmək üçün dəyirmi masa ətrafında əyləşməyə çağırıb. Bu müzakirələr olmayana qədər dünyada kovid 19 peyvəndlənməsi dayandırılmalıdır.
 
Professor əmindir ki, bu masştabda peyvənd cəmiyyətin sağlamlığı üçün təhlükədir. Hazırkı vaksinasiya tayı-bərabəri olmayan qlobal fəlakətə gətirib çıxaracaq.
 

O, “Nəyə görə pandemiya şəraitində kütləvi vaksinləşmə qarşısıalınmaz bədheybət yaradacaq?” elmi işində yazır ki, bu təhlükənin kifayət qədər sübutları var, lakin pandemiyanı idarə edənləri bunlar cəlb etmir və ya bunda maraqlı deyillər”.
 
İstənilən pandemiyadan insan immuniteti qalib çıxmalıdır. İmmunitet virusu tanımalı, ona qarşı antiteli yaranmalıdır.
 
Lakin peyvəndlər immuniteti tənbəlləşdirir, onu zəiflədir, mikrob və bakteriyalara isə üstünlük verir. Bu da gələcəkdə güclü xəstəliklərin alovlanmasına səbəb olacaq. \\Medicina

Tarix: 02 iyun 2021
Baxış: 365

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş