Rusiyalı həkim yeni ölümcül pandemiya barədə XƏBƏRDARLIQ ETDİ

Artıq çəki və piylənmə cəmiyyətdə o qədər artıb ki, ölümcül pandemiya xüsusiyyəti qazanıb. Bu barədə rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov xəbərdarlıq edib. Onun sözlərinə görə, insanlar koronavirus pandemiyasından daha çox artıq çəkinin nəticələrindən ölürlər. Myasnikov piylənmənin bəşəriyyətin demək olar ki, yarısına (insanların 47 faizi) xas olduğunu və planetin hər onuncu sakininin bundan əziyyət çəkdiyini vurğulayıb. Həkim bildirib ki, koronavirus pandemiyası ildə təxminən iki milyon insanı öldürürsə, piylənmə ilə əlaqəli xəstəliklərdən Yer üzündə on milyonlarla insan ölür. \\Azxeber
Tarix: 29 may 2021
Baxış: 359
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş