Beyin hüceyrələrini ölümdən və Alsgeymerdən qoruyan vitamin – Hər gün qəbul edin
Beynin uzun müddət, ahıl yaşa kimi cavan, aktiv qalması və müasir dövrün bəlası olan Alsgeymer, demensiya xəstəliyindən qorunmaq üçün xərçəngin düşməni hesab edilən B 3 vitamin ehtiyatınızı artırmalısız.
İnsanlar daha çox D, C, A vitaminlərini axtarır. Amma B3 heç kimin yadına düşmür.
Halbuki bu vitamin xolesterini azaldır,bəzi xərçəng növlərinə qarşıdır, beyin qan dövranını yaxşılaşdırır, beyin hüceyrələrini yeniləyir.
B 3 iki formada olur: niacin – nikotin turşusu və nikotin amid. Necə olmasından asılı olmayaraq, niacin bədəndəki bütün hüceyrələr üçün elektrik stansiyası rolunu oynayır.
Sehrli vitamin psoriazı müalicə edir, dərini qocalmaqdan qoruyur, ürəyi gümrah saxlayır.
2020-ci ildə alimlər B 3-ün beynin sağalmaz şiş xəstəliyi ilə mübarizədə rolunu tapıb. Böyük dozada vitamin bu şişi azaldıb. Heyvanlar üzərində eksperiment göstərib ki, o, immun hüceyrələri aktivləşdirir, onlar şişi əhatəyə alıb, onu sovurur.
B 3 vitamininin Alsgeymerə qarşı təsiri də sübut olunub.
Bəs orqanizmə B 3 vitamini hardan almalı?
Bunun 2 yolu var: hazır nikotin turşusu preparatı və ya B qrup vitaminləri içində B 3 qəbul etmək və ya B3lə zəngin qidalar yemək.
Eləcə də qayğısız, xoşbəxt, şən insanlarda triptofan amin turşusu çox olduğu üçün onlarda orqanizm özü niasin sintez edir.
İndiki dövrdə bütün insanlarda, xüsusən yaşlılarda kəskin B 3 çatışmazlığı var.
B 3 çatışmamasının əlamətləri:
- Əzələ zəifliyi
- İştahsızlıq
- Dərinin qocalması
- Depressiya, təşviş
- Dumanlı beyin
- Dəri xəstəlikləri, qaşınma
- dermatit
- Qarında ishal, bağırsaq sancıları
- Beynin itiliyinin azalması
B3-lə zəngin qidalar:
Tuns balığı, toyuq, hind quşu, mal əti, quzu, qəhvəyi düyü, araxis, avokado, yaşıl noxud, banan, mərci, şirin kartof, batat. \\Medicina