Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Səhiyyə naziri: Epidemiyanın üçüncü dalğası geridə qaldı

“Epidemiyanın üçüncü dalğası qırıldı. İndi bu tendensiyanın davamlılığını təmin etməliyik”.
Bunu Almaniyanın Səhiyyə naziri Jens Spahn mətbuat konfransında deyib.
Nazir ölkəsinin son vəziyyətinə dair müsbət proqnoz verib: “Almaniyada yoluxma sayı hələ çoxdur. Bu rəqəmləri aşağı endirməliyik. Mövcud şərtlər daxilində məhdudiyyətləri yumşaltmaq, tələsik qərar qəbul etmək təhlükəli ola bilər. Epidemiyaya qarşı əldə edilən uğurları boşa çıxarmamaq üçün qaydalara diqqətlə yanaşmalıyıq. Almaniyada əhalinin 31,5 faizi ilk doz peyvənd olunub. Ölkədə yaşayan hər 3 nəfərdən biri gələn həftə peyvəndlənəcək”.
Müzakirələrə münasibət bildirən Robert Koç İnstitutunun (RKİ) səlahiyyətləri isə hesab edir ki, epidemiya davam edə bilər, amma bu gün yaşandığı kimi bir dalğa yaratmayacaq. \\Teleqraf.com

Tarix: 07 may 2021
Baxış: 435

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş