İsti yay aylarında adi qara çay əvəzinə ərəb ölkələrindəki kimi əsl Şərq çayı – nanə çayı için. Nanə çayı sərinləşdirir, təravətləndirir, güc verir, həzmi yaxşılaşdırır, mikrobları öldürür, əsəbləri sakitləşdirir.
Kimlərə nanə çayı məsləhətdir? -Miqreni olanlara
-Ürək-damar problemi
-Nevrozlara
-Qadın xəstəliklərində - menstruasiyanı bərpa edir, klimaksı yüngülləşdirir, qadın hormonlarını sabitləyir
-Yorğunluq
Kişilər bir qədər az içsə yaxşıdır, çünki kişi cinsi hormonlarını azaldır.
Necə hazırlamalı?
Dəm çaydanına 1 çay qaşığı təzə nanə yarpaqları, 1 çay qaşığı yaşıl çay əlavə edib, qaynar su əlavə edin. 10 dəqiqə dəmləyib, sonra limon qataraq için.
Eləcə isti aylarda bu çaya buz qatıb, sərin də içmək olar. \\Medicina.az