Aktivləşdirilmiş kömür faydalı olduğu üçün tibdə çoxdan istifadə edilir. Bu ziyansız vasitə zəhərlənmə və mədə problemlərinin müalicəsində ilk yardım kimi istifadə edilir.Mövzu ilə əlaqədar bütün faydalı məlumatları təqdim edirik.
Həşərat dişləməsinin səbəb olduğu qaşıntı və yanma hissini yüngülləşdirir.
Aktivləşdirilmiş kömür orqanizmdən toksinlər, şlaklar, radionukleidlər, ağır metalların duzları və s. ziyanlı maddələri çıxardır, arıqlamağa kömək edir, dərinin vəziyyətini yaxşılaşdırır. Belə vəziyyətlərdə məlhəm kimi istifadə edilir.
Məcunun hazırlanması:
Bir kapsul aktivləşdirilmiş kömürün tozunu 1/2 yemək qaşığı hind qozu yağı ilə qarışdırın. Qaşıntı tamamilə keçib gedənə kimi həmin nahiyəyə yarım saatdan bir sürtə bilərsiniz.
SAÇLARI TƏMİZLƏYİR
Saçlarınız zaman keçdikcə yağlanır və öz parlaqlığını itirir. Aktivləşdirilmiş kömür dəridəki bütün toksinləri və kiri sovurur.
Məcunun hazırlanması:
Bir çay qaşığı aktivləşdirilmiş kömürün tozu, təbii qarışıqla hazırlanan şampun, 12 stəkan ilıq su ilə qarışdırın. Əldə edilən maddəyi normal şampun kimi islaq saça tətbiq edin. Daha sonra su ilə durulayın.
DİŞLƏRİ AĞARDIR
Dişlərin ağardılması üçün bahalı prosedurlara ehtiyac yoxdur. Aktivləşdirilmiş kömür dişlərdə yaranan ərp və kiçik daşları parçalama gücünə malikdir. Həftədə 3 dəfə aktivləşdirilmiş kömür diş minasını tər-təmiz edir.Ehtiyacınız olan tək şey aktivləşdirilmiş kömürün tozudur.
Diş fırçanızı isladıb bu toza batırın. Adəti üzrə dişlərinizi fırçalayın və bir neçə dəqiqə gözləyin. Daha sonra ağzınızı bol miqdarda su ilə çalxalayın. Dişlərinizdə dəmir və yaxud diş üzlükləriniz varsa ləkəyə səbəb ola bilər.
Sızanaq və qara nöqtələrdən xilas olmağınıza kömək edəcək.
Bakteriyalar, kir, toksinlər, qara nöqtələr, ləkələr bütün bunlar cildimizdə yaranan problemlərdəndir. Lakin bütün bunların dərinizdə qalmasına icazə verməməlisiniz. Bunun üçün aktivləşdirilmiş kömürü sınaqdan keçirməkdə fayda var.
1/2 çay qaşığı aktivləşdirilmiş kömürü 2 çay qaşığı su ilə qarışdırın. Bir fırça köməyi ilə üzünüzə çəkin. Tam matlaşana kimi qurumasını gözləyin. Daha sonra su ilə durulayın
.
Həzm sistemini təmizləyir
Orqanizmimizdə bol miqdarda zəhərli maddələr toplanır. Mütəxəsislər buna görə yeməkdən 90 dəqiqə əvvəl iki gün ərzində 10 qr. aktivləşdirilmiş kömür qəbul etməyi məsləhət görür.Bundan əlavə, lazımi miqdarda aktivləşdirilmiş kömürü yeməyinizə və ya içkinizə əlavə edə bilərsiniz. Lakin ehtiyatlı olmaqda da fayda var. Əgər bu ərəfədə hər hansı dərman vasitəsi qəbul edirsinizsə, aktivləşdirilmiş kömür onun təsirini azalda bilər.
Qeyd: Əgər səhhətinizdə hər hansı ciddi problem varsa, aktivləşdirilmiş kömür istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.
Qaraciyər və böyrəkləri toksinlərdən qoruyur
Az qala hər gün orqanizmimiz qida vasitəsi ilə toksinlərə məruz qalır. Bu da orqanizmə mənfi təsir göstərir, qocalmanı sürətləndirir. Uzmanlar toksiki maddələrə məruz qaldıqdan sonra iki ədəd aktivləşdirilmiş kömür içmənizi məsləhət görürlər. \\Medicina.az