İnsan beyninə hər gün 20.000 yeni informasiya daxil olur, hər saatda 5-10 min fikir keçir.
Zamanla beynin informasiya qovluqları zir-zibil, lazımsız informasiya qalığından təmizləmək lazımdır. Necə ki, telefon və komputer bunu tələb edir.
Bu insana psixoloji yenilənmə və bəzi həyati planların həyata keçməsinə imkanlar verir.
Sizə beyin formatı üçün 5 TAPŞIRIĞI təqdim edirik.
Əməl etsəniz, yeni səhifə aça biləcəksiniz.
Hər şey özünüzə məxsus qeydlər gündəliyi tutmaqdan başlayır. Tənbəllik etməyin, nəhayət ki, özünüzə kiçik də olsa qeyd dəftərçəsi alın.
Tapşırıq 1- Səhər səhifələri
Əgər sizə məktəbdən gündəlik yazmaq öyrətməyiblərsə və ümumiyyətlə yazmaqdan zəhləniz gedirsə, indi bu vərdişi yeniləməli və beynini idarə etmək üçün əlinə qələm almaq məcburiyyətindəsən.
Bütün dahi insanlar hər gün yüzlərlə qeydlər edir və ayda 2-3 qalın dəftərçəni doldurur. Buna əmin olun.
“Rəssamın yolu” kitabının müəllifi Culiya Kemaron da ilk növbədə günə “səhər vərəqləri” ilə başlamağı tövsiyə edir.
Nə etməli:
Gündəliyin yarısını səhər qeydləri üçün ayırın. Səhər oyanan kimi artıq avtonom rejimdə səhərdən beyninizi “çürüdən” fikirlərin çoxunu yazın. Sadəcə hər gün beyninizdən keçən təkrari sözləri, fikiləri yazın. Yazdıqca oxuyun və sizə xoş gəlmirsə üzərindən xətt çəkin. Bunu hər gün təkrarlayın.
Bu yazılanlardan siz gününüzə hansı fikirlə başladığınızı, hansı neqativə yükləndiyinizi, sizə nəyin mane olduğunu, nə təşviş yaratdığını anlayacaqsız. Nəhayət, beyninizin sizi hara apardığını görəcəksiz. Və siz bundan xilas olmaq üçün yollar axtarmalısız.
Tapşırıq 2 – Təşəkkür, şükür kitabçası
Psixologiyada ən güclü alətdir. Hər gün sonu və ya səhər bu hissəyə 5 və ya 10 Şükr etməli məqamı, səbəbi yazın.
Nəyə görə şükr edəcəyinizi bilmirsiz?
Fərqi yoxdur, hər şeyə görə. Yeməyinizə, evinizə, yatağınıza, gəzdiyinizə və s. Amma çalışın siyahıda getdikcə həmin gün əldə etdiyiniz kiçik də olsa sevincli məqamlara görə təşəkkür yazın.
Bu hissə sizin beyninizi müsbətə proqramlaşdıracaq, həyatınızın heç də pis olmadığını. bundan sonra daha yaxşı olacağına əsaslar yaradacaq.
Tapşırıq -3 – Uğurlar, əldə etdiklərimin gündəliyi
Bunu həftəlik, aylıq bölə bilərsiniz. Həftə ərzində, ay ərzində həyatınızda cüzi irəliləyişi də bura qeyd edin. Tənbəlliyi atmaq üçün əla üsuldur. Uğurunuz yoxdursa, deməli, bu hissəyə planlar yazıb ay ərzində onlara çatmağa can atmalısız. Vacib deyil ki, bu bahalı maşın almaq, vəzifə və s. olsun. Məsələn, harasa səfər etmək, kitab almaq, özünə yeni nəsə almaq, iş yoldaşlarına kompliment, evdə ananın çoxdandır etdiyi xahişi etmək, evdə məsələn hansısa xərci öz üzərinə götürmək, özünü tərifləmək, özünə əl gəzdirmək, xarici dili öyrənməyə cəhd, yeni kitab almaq, özünü inkişaf, əlavə qazanc yerləri araşdırmaq və s.
Tapşırıq 4 – Arzular Piramidası
Burda arzu məqsədləriniz sistemli şəkildə yazılacaq.
Əvvəlcə ən asan, əlçatan, həll olmasına az vaxt tələb olunan bir arzunuzu yazırsız. Bir üçbucaq kimi. Başda bir arzu. Ona çatan kimi, altından qırmızı xətt çəkib, bu dəfə iki arzu yazırsız. Bu metod səni bu piramidanı davamlı qurmağa, artırmağa sövq edəcək. Və yazılanlar bir-birini elə cəlb edəcək ki, özün sözlərin möcüzəsinə təəccüb qalacaqsan.
Tapşırıq 5 – Qırmızı ip
Qoluna qırmızı bir ip, sap və ya hazır satılan qırmızı ip qolbaq taxırsan. Yolda, işdə, evdə, hətta fikirli halında belə diqqətini bu qırmızı ipə cəmləyib, dərhal olduğun vəziyyətdən xəyal vəziyyətinə keçirsən.
Barmağınla ipi fırlada-fırlada bu an 5-10 müsbət fikri beynində deyirsən. Bu sözlər sakitləşdirici, təsəlli, hər şey indi keçəcək və ya özünə xoş arzular və ya gələcəklə bağlı istəklərin ola bilər. Çalış, qırmızı ip təması və beynində proqramlaşdırma azı 10dəfə baş tutsun. Qırmızı ip burda xatırlatma və təkan nöqtəsidir.
Tapşırıqları beyinin yeni neyronlarının əmələ gəlməsi, köhnələrin silinməsi, yeni emosiya və fikirlərə yer açılması üçün ən azı 27 gün, möhkəmlətmək üçünsə 60 gün davamlı etmək lazımdır.
Gündəliyi yazıb doldurmaqdan çəkinmə və buna tənbəllik etmə. Əgər indi başlasan, ən geci 2 aya beynin səni daha fərqli üstün imkanlara aparacaq.
Aygün M.
Medicina.az